SON XƏBƏRLƏR

Solçu öyrənci fəal Əmin Zərgərnejaddan yeni xəbər

2021.10.20, 07:36
Solçu öyrənci fəal Əmin Zərgərnejaddan yeni xəbər

Gunaz.tv

GünAz TV: Solçu öyrənci fəal Əmin Zərgərnejad 25 gün müvəqqəti saxlanıldıqdan sonra Təbriz zindanının karantininə inqilal edilib.

 

Zərgərnejad iyulun 4-ü (tirin 14-ü) Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) mərkəzi təcridxanasından zindanın karantininə köçürülüb.

 

Soydaşımızın karantin bölümünə köçürülməsi, onun yaxın günlərdə azadlığa buraxılacağı ehtimalını aradan qaldırıb və bununlada nigaranlığa səbəb olub.

 

Xatırladaq ki, adını çəkdiyimiz fəal iyunun 9-ü (xordadın 20-i) yaşadığı yerdə təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və tutuqlanıb. Məmurlar onu yaxalarkən, evdə axtarış aparıb və özləri ilə bəzi şəxsi əşya o cümlədən əlyazmalar, kompüter və ... kimi əşyaları aparıblar.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar