SON XƏBƏRLƏR

İran nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcək

2021.10.20, 07:36
İran nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcək

Gunaz.tv

İran nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcəkGünazTV:  İran mətbuatında yayılan xəbərə görə, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi deyib: “İran yeni sanksiyalara baxmayaraq, yenə də sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcək”.  Onun sözlərinə görə, başda nüvə texnologiyası olmaqla, bir çox elm və sənaye texnologiyası 30 illik sanksiyaya baxmayaraq inkişaf edib: “İran xalqı indiyədək bir çox sanksiyaya məruz qalıb, ancaq bir çox müvəffəqiyyət əldə etməyə də nail olub. Tehran son illərdə sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqına sahib olmaq üçün bir çox alimini şəhid verib.

Düşmənlərimiz ölkəmizə qarşı sanksiyaların işə yaramadığını gördükdən sonra mütəxəssislərimizi və elm insanlarımızı məhv etməyə başlayıb. Bu sanksiyalar və mütəxəssislərə qarşı həyata keçirilmiş sui-qəsdlər təsirli olsaydı, bütün fəaliyyətlərimizə mənfi təsir göstərərdi”. 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar