SON XƏBƏRLƏR

İran Qərb ölkələrinin intiqam almaq niyyətində deyil

2021.10.20, 07:36
İran Qərb ölkələrinin intiqam almaq niyyətində deyil

Gunaz.tv

 İran  Qərb ölkələrinin  intiqam almaq niyyətində deyil

 GünazTV: İran xalqı Qərb ölkələrinin əksəriyyətindən zərər görməsinə baxmayaraq, onlardan intiqam almaq niyyətində deyil”.  İran mətbuatının yaydığı  məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, düşmənçilik heç kim üçün faydalı deyil: “Biz bütün ölkələrlə dost olmaq istəyirik”. İranın əsas prioritetlərindən birinin imperializmlə mübarizə olduğunu söyləyən M. Əhmədinejad Avropa dövlətlərinin heç bir səbəb olmadan İran xalqına qarşı müharibə elan etdiyini vurğulayıb: “Ancaq bu düşmənçilik onlara heç bir fayda verməyəcək”. İran prezidenti əlavə edib ki, hazırda ölkəsinə qarşı tətbiq olunmuş sanksiyalar bu günə qədər qoyulmuş embarqoların ən ağırıdır: “Ancaq biz bu sanksiyanı bir fürsət olaraq görməliyik.

Ölkə büdcəsinin neftdən asılılığı aradan qaldırılmalı və neft sanksiyasının silah kimi istifadə olunması variantını düşmənin əlindən sonsuza qədər almalıyıq. Çünki bu gün düşmənlərimiz sanksiyalarla İranı zəiflətməyə çalışır.Ancaq düşmənlərimizin bu sanksiyalarla İranın zəifləyə biləcəyi düşüncəsi səhvdir. Təzyiqlərə qarşı dayanmaq lazımdır. Sanksiyaları müvəffəqiyyətlə geridə buraxaraq düşmənlərimizin yürütdüyü siyasətə sərt cavab verməliyik”. 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar