SON XƏBƏRLƏR

FİFA iki inqilabi qərar qəbul etdi

2021.10.20, 07:36
FİFA iki inqilabi qərar qəbul etdi

Gunaz.tv

GünAz TV: Bundan sonra topun qapı xəttini keçib-keçməməsini aydınlaşdırmaq üçün xüsusi texnologiyadan istifadə ediləcək. Həmçinin bundan başqa qadınlar başı hicablı da futbol oynaya biləcəklər.

 

 Hər iki qərarı Beynəlxalq Futbol Assosiasiyasının (əncümən) ali orqanı - Şurası iyulun (July) 5-də qəbul edib.

 

 Bu barədə “Röyters” agentliyinə istinadla AzadlıqRadiosu xəbər verir.

 

 Hazırda iki belə texnologiya sınaqdan keçirilir - Hawk-Eye və GoalRef.

 

 Yeni texnologiyalardan bu ilin dekabrında (December) Tokioda keçiriləcək Klubların Dünya Çempionatında (qəhrəmani), 2013-cü ilin Konfederasiya Kubokunda və 2014-cü ilin Dünya Çempionatında istifadə ediləcək.

 

 Ayrı-ayrı ölkələrin futbol federasiyaları isə yeni texnologiyaları qəbul edib-etməməklə bağlı özləri qərar verəcəklər.

 

 Məsələn, İngiltərə Liqası dərhal qərarı alqışlayıb.

 

 FIFA prezidenti Sepp Blatter əvvəllər qolun olub-olmamasını yoxlamaq üçün xüsusi texnologiyalardan istifadənin əleyhinə olsa da, Avro-2012-də Ukrayna millisinin İngiltərəyə vurduğu, amma sayılmayan qoldan sonra fikrini dəyişib.

 

 GoalRef sistemi topun qapı xəttini keçib-keçməməsini maqnit (meğnatis) sahəsi vasitəsilə yoxlayır, Hawk-Eye sistemi isə kameralardan istifadə edir.

 

 Hicaba gəlincə, Şura hesab edir ki, bununla bağlı təhlükəsizlik və tibbi arqumentlərin (istidlal) gətirilməsinə əsas yoxdur. Qadın futbolçular hicab taxa bilər.

 

 FİFA hicabla bağlı qadağanı 2007-ci ildə tətbiq etmişdi.

 

 Bu qərarın daha çox müsəlman qızı futbol oynamağa həvəsləndirəcəyi ehtimal edilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar