SON XƏBƏRLƏR

İran Xəzərdən 50 milyard dollar qazanacağını iddia edir

2021.10.20, 07:36
İran Xəzərdən 50 milyard dollar qazanacağını iddia edir

Gunaz.tv

İran Xəzərdən 50 milyard dollar qazanacağını iddia edirGünazTV: İran hakimiyyəti Xəzərdə neft kəşfiyyat işlərini davam etdirir. İSNA-nın yaydığı məlumatına görə, İslam Respublikası Xəzərdə kəşf edilmiş quyuların bu ölkəyə 50 milyard dollar gəlir gətirəcəyini açıqlayıb.

İran neft şirkətinin baş direktoru Əhməd Kələbani Xəzərdə neftlə bol ehtiyat quyusunun aşkarlanmasına həsr edilmiş təntənəli mərasimdə yenə beynəlxalq sanksiyanın İslam Respublikası iqtisadiyyatına təsir göstərmədiyindən danışıb. Onun sözlərinə görə, Xəzərdə neft yatağının kəşfi «bunun göstəricilərindəndir».Ə.Kələbani bildirib ki, Xəzəryanı dövlətlərdən heç biri öz gücünə neft ehtiyatı kəşf etməyib, hasilatına başlamayıb. Onun sözlərinə görə, indiyə kimi Xəzərdə geoloji kəşfiyyat işləri üçün 250 milyon dollara yaxın sərmayə qoyulub.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar