SON XƏBƏRLƏR

Rəisinin səfəri zamanı Ərdəbildə heç bir yeni layihənin təməli qoyulmayıb

2021.10.23, 10:23
Rəisinin səfəri zamanı Ərdəbildə heç bir yeni layihənin təməli qoyulmayıb

Gunaz.tv

Oktyabrın 22-i, axşam saatlarında Xaməneinin əyalətdəki nümayəndəsi Seyid Həsən Amili, əyalət valisi Seyid Hamid Amili, bölgə fərmandarları və millət vəkillərinin iştirakı ilə keçirilən toplantıda İbrahim Rəisi çıxış edib.

“Bu gün hökumətin əsas məsələsi prioritetlərə diqqət yetirməkdir. Bütün problemlər bir səfərdə həll edilməyəcək, ancaq həlli üçün daha çox vaxta ehtiyac duyulan böyük problemlərə görə kiçik problemləri nəzərdən qaçırmamalıyıq”-deyə, İbrahim Rəisi heç bir yeni layihənin həyata keçirilməyəcəyinə işarə edib.

O, deyib ki, Ərdəbilə səfərin əsas məqsədlərindən biri yarımçıq qalmış  layihələrin tamamlanması məsələsinin nəzərdən keçirilməsi olub.

Məsələ ilə bağlı yerli məsulların verdiyi açıqlamalardan da prezidentin bölgəyə səfərinin mövcud problemlərin həllində heç bir əhəmiyyət kəsb etmədiyi məlum olur. 

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar