SON XƏBƏRLƏR

Rəsmi Tehran Beynəlxalq Atom Enerjisi Agentliyini İranla bağlı gizli nüvə məlumatlarını yaymaqda günahlandırıb

2021.10.28, 10:29
Rəsmi Tehran Beynəlxalq Atom Enerjisi Agentliyini İranla bağlı gizli nüvə məlumatlarını yaymaqda günahlandırıb

Gunaz.tv

Kəmalvəndi deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı məlumatlar və məktubların mətnini yaymağı dayandırmasa rəsmi Tehran onun bu addımına qarşı müəyyən tədbirlər görmək məcburiyyətində qalacaq.


“Agentlik İranın nüvə proqramının texniki baxımdan atdığı addımlarının  detallarını yaymaqla öz səlahiyyət və öhdəliklərindən kənara çıxmamalıdır.

Aydın məsələdir ki, MAQATE-nin bu hərəkəti davam edərsə, biz bu vəziyyəti düzəltmək üçün müəyyən addımlar ata bilərik” -deyə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.


Qeyd edək ki, rəsmi Tehran son aylar ölkə parlamentinin qərarı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrandakı fəaliyyətini məhdudlaşdırıb. 


Nəticədə, Agentlik müfəttişlərinin İranın nüvə təsisatlarında quraşdırılmış nəzarət kameralarındakı məlumatlardan istifadə etməsinə hələlik icazə verilmir. 


A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar