SON XƏBƏRLƏR

Zənganda su böhranı: Anbarlarda suyun həcmi kəskin azalıb

2021.11.03, 07:30
Zənganda su böhranı: Anbarlarda suyun həcmi kəskin azalıb

Gunaz.tv

Onun sözlərinə görə, sentyabrın sonlarından oktyabrın sonuna kimi əyalətin su təminatında önəmli rol oynayan Təhəm su bəndində axan su həcmi 5 milyon kubmetr olub.

“Ötən ilin oxşar dövründə Təhəm su bəndində mövcud olan su həcmi 52.74 milyon kubmetr idi. Bu il isə 33.31 milyon kubmetrdir.

Bununla da ötən ilin eyni dövrünə nisbətdə bəndə mövcud olan su həcmində 37% azalma qeydə alınıb”- Əfşari “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

Regional Su Şirkətinin başçısı Talvar, Glabır, Kinəvərs bəndlərindəki su həcminin də azaldığını deyərək. quraqlığın davam edəcəyi təqdirdə su təminatı sahəsində problemlərin çoxalacağını söyləyib.

İ.Əfşari bundan öncəki çıxışında, əyalətin su qaynaqlarının 90%-nın əkinçilik, 6%-nın içməli su və 4%-nın isə sənaye sahəsində istifadə edildiyini, bunun bəndlərdə olan su ehtiyatının ümumi tutumunun 70% azalmasına səbəb oduğunu qeyd edib.

Regional Su Şirkətinin başçısı verilən proqnozların payız aylarındada quraqlığın və yağıntıların az olacağından xəbər verdiyini, bunun isə qarşıdakı aylarda su çatışmazlığı ilə bağlı ciddi xəbərdarlıq olduğunu söyləyib.

İsmail Əfşarinin fikrincə, hələlik çıxış yolu yalnız su qaynaqlarından istifadədə qənaətə üstünlük verilməkdədir.

C.E

هشدار مدیرعامل آب‌ منطقه‌ای برای تامین آب سه شهر استان زنجان - ایسنا

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar