SON XƏBƏRLƏR

Ərdəbil bəndlərində suyun həcmi kəskin azalıb

2021.11.11, 12:05
Ərdəbil bəndlərində suyun həcmi kəskin azalıb

Gunaz.tv

“Proqnozlaşdırdığımız kimi son iki ayda quraqlıq davam edir və yay aylarında olduğu kimi payızda da bəndlərin su miqdarının azalmasının narahat edici səviyyəyə çatdığının şahidiyik”-deyə, Nidayi bildirib.

O, Saqqızçı bəndindən başqa əyalət bəndlərinin hamısında suyun həcminin azaldığını, bütün imkanlarını içməli su təminatına yönəltdiklərini qeyd edib.

Regional Su Şirkətinin mühafizə və istismar işləri üzrə sədr müavini yağıntıların azalması nəticəsində Nir mahalında mövcud anbarların su miqdarının 80 faiz, Nəmin, Sərein və Ərdəbil mahallarında isə yağıntıların 63 faiz azaldığının daha şiddətli su çatışmazlığının yaşanacağından xəbər verdiyini söyləyib.

“Proqnozlara görə, qarşıdakı qış aylarında yağıntılar normaya yaxın olacaq. Ancaq bu günə qədər baş verən quraqlıq bu yağıntıların problemi həll etməyəcəyini və xüsusilə kənd təsərrüfatı sahəsinin ciddi problemlər yaşayacağını göstərir”-deyə, Firuz Nidayi deyib.

Bir müddət bundan öncə Ərdəbilin Su və Kanalizasiya Şirkətinin başısı Əlirza Nemət Sultani əyalətdə ciddi su çatışmazlığı barədə açıqlama verib.

Onun verdiyi məlumata görə, əyalətdə 400 kənddə içməli su problemi var. Ümumilikdə isə əyalətin 991 kəndindən 400-də su kəmərləri olmadığı və su qaynaqlarının quruduğu üçün 300 min nəfər içməli su qıtlığı yaşayır.

C.E
 

کشاورزان از کشت زودهنگام پاییزه در منطقه مغان خودداری کنند

Firuz Nidayi

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar