SON XƏBƏRLƏR

İran Almaniya səfirinə etiraz notası təqdim edib

2021.10.20, 07:36
İran Almaniya səfirinə etiraz notası təqdim edib

Gunaz.tv

GünAz TV: Buna səbəb İran konsulluğunun Almaniyadakı əməkdaşının hücuma məruz qalmasıdır.

 İran Almaniyanın ölkəsindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Buna səbəb Almaniyadakı İran konsulluğunun əməkdaşına küçədə bir qadının hücum etməsidir. Nazirlikdə Almaniya səfirinə bildiriblər ki, polis baş verən hadisəni araşdırmaq əvəzinə iranlı diplomata qarşı sərt addımlar atıb. Bununla bağlı səfirə etiraz notası verən rəsmi Tehran alman məmurlarından isə hadisənin təcili şəkildə araşdırılmasını tələb edib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar