SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın 5 şəhərində şiddətli quraqlıq sürür

2021.11.18, 12:09
Qərbi Azərbaycanın 5 şəhərində şiddətli quraqlıq sürür

Gunaz.tv

Həbib Əbdüli ötən ilin oxşar dövrünə nisbətdə yağıntılarının 32% azalması səbəbindən əyalətin 5 şəhərində şiddətli quraqlıq şəraitinin hökm sürdüyünü deyib.

Onun sözlərinə görə, ötən yağış ilində əyalətə düşən yağıntı miqdarı 257.8 mm olaraq qeydə alınıb və bu uzun müddətli müqayisədə 35% azalma deməkdir.

Əbdüli cari yağış ilində Qərbi Azərbaycan əyalətinə 38.77 mm yağış yağdığını, bunun ötən ilin eyni dövrü ilə müqayisədə 11%, uzun müddətli müqayisədə isə 22% azaldığını qeyd edib.

Meteorologiya İdarəsinin başçısı hal-hazırda əyalətin Çaypara, Şot, Poldəşt, Bukan və Soyuqbulaq şəhərlərinin quraqlıqdan ən çox əziyyət çəkdiklərini bildirib.

C.E   
 

Açıklama yok.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar