SON XƏBƏRLƏR

Göldən duzun daşınması Urmu əhalisi üçün problemlər yaradıb-Millət vəkilindən xəbərdarlıq

2021.11.25, 12:51
Göldən duzun daşınması Urmu əhalisi üçün problemlər yaradıb-Millət vəkilindən xəbərdarlıq

Gunaz.tv

Ruhullah Həzrətpur bu qanunsuz prosesin Qərbi Azərbaycan əyalətinin yollarını və kənd təsərrüfatı sahələrini dağıtdığını deyib.

O, Urmu gölünün yatağından çıxarılan duzun əyalətdən daşınmasının anlaşılmaz olduğunu və bunun bölgənin ətraf mühitinə ziyan vurduğunu qeyd edib.

“Qərbi Azərbaycanda konversiya zavodları quraşdırıb və göl yatağından çıxarılan duzun dəyərləndirilməsi, yeni iş yerlərinin yaradılmasına nail olmaq olar”-deyə, Həzrətpur bu yöndə tədbirlər görülməsinin vacibliyini söyləyib.

Millət vəkili göl yatağından duz çıxarılması icazəsini bir neçə qeyri-yerli şirkətlərə verildiyini deyib və əlavə edib ki, hətta nəqliyyat və yük daşımaları sahəsində çalışmaq üçün belə yerli əhaliyə şərayit yaradılmayıb.

“Əyalət yollarına duzun daşınması nəticəsində dəyən ziyanla yanaşı, təəssüf ki, şirkətin tullantıları Urmu gölünə axıdılır və bunun qarşısı səlahiyyətli orqanlar tərəfindən alınmır.

Hər 20 hektar duz yığımına görə şirkətlər tərəfindən əyalətin Sənaye, Mədən və Ticarət Təşkilatının hesabına yalnız 100 milyon tümən köçürülür, bu da ətraf mühitə dəymiş ziyanın yüzdə birini belə ödəmir”-deyə, Ruhullah Həzrətpur narazılığını ifadə edib.

C.E

مذاکرات ایران و عربستان/ حضرت پور: روابط مناسب ایران و عربستان برای منطقه و  جهان اسلام ضروری است | خبرگزاری بین المللی شفقنا

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar