SON XƏBƏRLƏR

Zənganda quraqlıq davam edir- Bəndlərdə suyun həcmi kəskin azalıb

2021.11.27, 10:50
Zənganda quraqlıq davam edir- Bəndlərdə suyun həcmi kəskin azalıb

Gunaz.tv

O, ötən ilin 23 sentyabr 23 noyabr tarixləri arası Zəngan bəndlərində su həcminin 52 milyon 28 min kubmetr olmasına baxmayaraq, cari ilin oxşar dövründə bunun 32 milyon 93 min kubmetrə düşdüyü və 37% azalma qeydə alındığını söyləyib.

Əfşari Zəngan şəhərinin içməli su təminatından əsas rol oynayan “Təhəm” bəndin su həcminin 37% azalmasının problem yaratdığını qeyd edib.

“Ötən ilin bu vaxtında Təhəm bəndinin tutumunun 62”-i dolu idi. Bu il isə onun yalnız 39%-i doludur. Bu isə Zənganın ətraf mühit, kənd təsərrüfatı və içməli suya olan ehtiyacı sahəsində qənaət edilməsinə səbəb olub”-deyə, regional Su Şirkətinin başçısı bildirib.

Təxminən bundan iki həftə öncə Əfşari əyalətdə quraqlıq və bəndlərdə su həcminin kəskin azalması barədə xəbərdarlıq edərək bunun xüsusilə Zəngan düzündə acınacaqlı ekoloji durumun yaranmasına səbəb olduğunu demişdi.

O, Zəngan düzündə orta hesabla ildə 56 santimetr olan su azalmasının bu il quraqlıq və kifayət qədər yağıntı olmaması səbəbindən 1 metr 64 santimetrə çatdığını, əyalətdə kritik vəziyyətlər üçün su quyularının olmadığını, bu səbəbdən quraqlıqla bağlı fövqəladə vəziyyət yarandıqda əhalinin su çatışmazlığı böhranı ilə üzləşəcəklərini qeyd etmişdi.

C.E   
 

Açıklama yok.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar