SON XƏBƏRLƏR

Yaponiya hələlik İrandan neft idxal etməyəcək

2021.10.20, 07:36
Yaponiya hələlik İrandan neft idxal etməyəcək

Gunaz.tv

 GünAz TV: Yaponiya hökuməti İrandan neft idxalını dayandırıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, hökumət rəsmisi iyulun (July) 4-də jurnalistlərə açıqlamasında iyul ayı üçün neft idxalını dayandırdıqlarını bəyan edib: “Avropa sığorta şirkətləri İranın neft daşıyan gəmilərinin sığortalanmasını yasaqlayıb. Yaponiya hökuməti İrandan neft idxalını avqustun ortalarında bərpa edəcək və neft daşıyan gəmiləri özü sığortalayacaq”.

 

İyulun 1-də Avropa Birliyinin İran neftinə qoyduğu sanksiyanın (təhrimin) icrasına başlanıb. Avropa Birliyinin sanksiyası ilə İranın xarici ölkələrə ümumi neft ixracının həcmi 18 faiz azalır. Sanksiya İranın neft və neft-kimya məhsulları daşıyan gəmilərinin Avropanın sığorta şirkətlərində sığorta olunmasını da yasaqlayır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar