SON XƏBƏRLƏR

İranlı millət vəkili saxlanılmış iki azərbaycanlı şairə işarə edib

2021.10.20, 07:36
İranlı millət vəkili saxlanılmış iki azərbaycanlı şairə işarə edib

Gunaz.tv

GünAz TV: İranlı millət vəkili Azərbaycanı İrana qarşı Qərbin və İsrailin siyasətinə qoşulmaqdan çəkinməyə çağırıb.

 

İran parlamentini təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Hüseyn Nəqəvi-Hüseyni deyib ki, “Azərbaycan islam ölkələri və müsəlman dünyasının maraqlarına uyğun hərəkət etməli, ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail rejimlərinin təzyiqlərinə boyun əyməməlidir”.

 

Nəqəvi Hüseyni bildirib ki, İsrail son vaxtlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə İrana qarşı casus fəaliyyətini artırıb. O, həbs olunmuş iki azərbaycanlını nəzərdə tutaraq deyib ki, “azərbaycanlı casuslardan və casus qrupundan əldə edilmiş sənədlər və sübutlar göstərir ki, sionistlər bu cür casus tədbirlərinin müəllifidirlər”.

 

Adı çəkilməyən İran rəsmisi bildirib ki, sübutlar göstərir ki, iki azərbaycanlını - Şəhriyar Hacızadə və Fərid Hüseynovu İrana Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İranda separatçılığı (bölücülük) gücləndirmək üçün göndərib. Azadlıq radisou

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar