SON XƏBƏRLƏR

Zənganda vəzifəli şəxslər barəsində məhkəmə qərarı çıxarılıb

2021.12.22, 11:07
Zənganda vəzifəli şəxslər barəsində məhkəmə qərarı çıxarılıb

Gunaz.tv

O, Zəngan əyalətində vəzifəli şəxslər, o cümlədən bələdiyyə və Şəhər Şurasının 17 üzvü barəsində Apelyasiya Məhkəməsinin 8-ci bölməsinin qərar çıxardığını deyib.  

İsmayıl Sadiqi Niyarəki korrupsiya, mənimsəmə, vəzifə səlahiyyətlərindən su-istifadə ittihamlarına görə, həbs olunan 22 nəfər barəsində həbs, cərimə, əmlaklarının dövlət xeyrinə müsadirə olunması və şallaq cəzasının çıxarıldığını bildirib.    

“Həbs olunanlar 318 min dollar, 346 qızıl sikkə cərimə olunmaqlıa yanaşı Zənganda onlara məxsus torpaq sahəsi, Kiş adasında villalarının müsadirə olunması barədə də hölm çıxarılıb”-deyə, Sadiqi Niyarəki qeyd edib. 

Məhkəmə sisteminin başçısı bununla yanaşı həbs olunanlara qarşı daha 6 milyard 280 milyon tümən nağd cərimə cəzası və 6 aydan 7 ilə kimi həbs cəzasının verildiyini söyləyib. 

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb. 

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

 

2981497.jpg

C.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar