SON XƏBƏRLƏR

6 il həbsə məhkum edilmiş hüquq müdafiəçisi Jila Kərəmzadə Məkvəndi Evin zindanına salınıb - FOTO

2021.12.30, 13:15
6 il həbsə məhkum edilmiş hüquq müdafiəçisi Jila Kərəmzadə Məkvəndi Evin zindanına salınıb - FOTO

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Jila Kərəmzadə Məkvəndi sistemə qarşı təbliğat aparmaqda və ölkənin miulli təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz toplantılara qatılmaqda günahlandırılıb.

Bildirilir ki, mədəni fəal Jila Kərəmzadə Məkvəndi 2019-cu ilin noyabr ayında Tehranın Lalə parkında keçirilən mitinqdə Rahilə Rahimipur və daha bir neçə qadın hüquq müdafiəçisi ilə birlikdə mülki geyimli ETTELAAT əməkdaşları tərəfindən həbs edilmişdi. 

O, əvvəlcə SEPAH-ın təcridxanasına aparılsa da, sonradan Tehranın Evin həbsxanasına köçürülmüş, həmin ilin dekabr ayında isə mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. 

Tehran məhkəməsi qadın hüquq müdafiəçisini yuxarıda salanan iki ittihama görə 6 il həbsə məhkum etsə də, Tehran Apelyasiya məhkəməsi ilkin məhkəmənin Jila Kərəmzadə Məkvəndiyə çıxardığı 6 illik həbs cəzasını qüvvədə saxlayıb. 

Image

                                                      Jila Kərəmzadə Məkvəndi (Ortada)

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar