SON XƏBƏRLƏR

İranda Omikron ştammına yoluxanların sayı 43 nəfərə yüksəlib

2021.12.30, 13:44
İranda Omikron ştammına yoluxanların sayı 43 nəfərə yüksəlib

Gunaz.tv

Dekabrın 29-u axşam saatlarında  “Twitter” hesabında paylaşım edən Məhəmməd Haşimi artıq ölkənin 12 əyalətində 43 nəfərin Omikron ştammna yoluxduğu aşkarlanaraq qeydə alınıb.

“Bizdə olan son məlumata görə indiyədək 17 nəfər Tehranda, 5 nəfər MƏşhəddə, 5 nəfər Hormozqan əyalətində, 1 nəfər Babolda, 2 nəfər İsfahanda, 1 nəfər Urmiyada, 1 nəfər Əlbürz əyalətində, 2 nəfər Şirazda, 1 nəfər Ərakda, 2 nəfər Buşehrdə, 3 nəfər Qumda, 3 nəfər isə Yəzddə yoluxucu xəstəliyin Omkiron variantına yoluxub.

Bundan başqa ölkənin müxtəlif şəhərlərində, o cümlədən də Çahar Mahal və Bəxtiyari əyalətində virusun Omikron ştammına yoluxmaqda şübhəli bilinən 19 nəfər karantinə alınıb və bununla bağlı məsələ araşdırılır”, -deyə İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin başçısı Məhəmməd Haşimi bildirib. 

Məhəmməd Haşimi koronavirusun mutasiyaya uğramış Omikron variantına yoluxanlar arasında ölənlərin olub-olmamasını açıqlamayıb. 

Second case of omicron variant confirmed in Utah

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar