SON XƏBƏRLƏR

Yəmən hökuməti: “İranın husilərə verdiyi silahlar qonşu ölkələri təhdid edir”

2022.01.03, 12:24
Yəmən hökuməti: “İranın husilərə verdiyi silahlar qonşu ölkələri təhdid edir”

Gunaz.tv

O deyib ki, İranın yaraqlı husilərə verdiyi silahlar qonşu ölkələrə və regiondakı beynəlxalq gəmilərə qarşı ciddi bir təhdiddir.

“İran Yəmənin milli ordusuna qarşı istifadə olunması üçün yarımhərbi husilərə inkişaf etmiş silahlar verir və bununla da Məarəb əyalətinin tamamilə husilərin nəzarəti altına keçməsinə yardım göstərir.

İran rejimi bu taktikası ilə husilərin əli ilə bütün Yəməni ələ keçirməyə çalışır. Biz isə buna imkan verməyəcəyik”, -deyə Yəmənin baş naziri Moin Əbdülməlik bildirib.

Qeyd edək ki, İranın dəstəklədiyi yaraqlı husilər ötən ilin bir neçə dəfə neft yataqları ilə zəngin olan Məarəb əyalətini ələ keçirməyə çalışsalar da, buna nail olmayıblar. 

خروج شبه نظامیان حوثی از سه بندر مهم یمن ادامه دارد - BBC News فارسی

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar