SON XƏBƏRLƏR

Urmu gölü su hövzəsində quraqlıq davam edir

2022.01.08, 14:51
Urmu gölü su hövzəsində quraqlıq davam edir

Gunaz.tv

O, bunun yağıntıların azalması və ətrafda olan qar ehtiyatlarının tükənməsi nəticəsində baş verdiyini söyləyib.

Rəhbərdin Urmu gölünün su səviyyəsinin hak-hazırda 1270 metr 60 santimetr olduğunu, su həcminin isə 2 milyard 730 milyon kubmetrə bərabər olduğunu bildirib.

Onun verdiyi məlumatdan gölün bərpa işlərinin iddia edildiyi kimi müsbətə doğru getmədiyi, cari yağış ilinin əvvəlində olan su həcmi və səviyyəsindən yuxarı qalxmadığı bəlli olur.

Cari yağış ilində Qərbi Azərbaycan əyalətinə düşən yağıntı miqdarı 103, Urmu gölü su hövzəsində isə 113 mm-ə bərabər olub.

Bu ötən ilin eyni dövründə 300 mm təşkil etdiyi üçün qarşıdakı isti aylarda bölgədə quraqlığın daha ciddi problemlər yaradacağı, Urmu gölünün bərpasının çətinləşəcəyi gözlənilir.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar