SON XƏBƏRLƏR

İranın Sənəndəc şəhərində un qıtlığı: Çörək mağazalarının qarşısında izdiham yaranıb

2022.01.21, 11:16
İranın Sənəndəc şəhərində un qıtlığı: Çörək mağazalarının qarşısında izdiham yaranıb

Gunaz.tv

Yayılan məlumata görə, çörək qıtlığının baş verməsinin ardınca mağazaların qarşısında izdiham yaranıb.

Bildirilir ki, bəzən müştərilər bir neçə ədəd çörək almaq üçün 5 saat növbədə durmalı olurlar və bəzi hallarda isə saatlarla növbədə durmalarına baxmayaraq, bəzi müştərilərə çörək çatmır.

İran hökumətinə bağlı saytlar un çatışmamazlığını bölgənin kəskin hava şəraiti, qar yağması nəticəsində yolların bağlı olması ilə əlaqələndirir.

Lakin çörək sexlərinin sahibləri mövcud problemin çörək sexləri arasında un paylayan şirkətdə dəyişikliklər edilməsindən və unun paylanılmasında yol verilən nöqsanlar və səriştəsizliklərdən sonra yarandığını bildirirlər.

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində un və çörək qıtlığı barədə xəbərdarlıq edilir, ölkə vətəndaşlarının bundan sonra çörəyi yalnız hökumətin verdiyi kuponla ala biləcəyi barədə məlumatlar yayılır.

صفهای طولانی خرید نان در سنندج / مشکلی در تامین آرد نیست | خبرگزاری صدا و  سیما

132054_610.jpg

A.M 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar