SON XƏBƏRLƏR

"Bu gün Avropanın 27 liderindən soruşdum, hamısı qorxur"-Ukrayna prezidenti

2022.02.25, 05:56
"Bu gün Avropanın 27 liderindən soruşdum, hamısı qorxur"-Ukrayna prezidenti

Gunaz.tv

Bu bəyanatla Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib. Zelenski təəssüf hissi ilə bildirib ki, tərəfdaşları Ukraynanı NATO-da görməyə hazır deyil: “NATO-ya üzv olmaq üçün Ukraynaya kim zəmanət verməyə hazırdır? Düzü, hamı qorxur.

Bu gün Moskvadan eşitdik ki, onlar dövlətimizin neytral statusundan danışmağa hazırdırlar. 

Bütün tərəfdaşlarımızdan soruşuram ki, hazırda ölkəmizin taleyi həll olunur, siz bizimləsiz? 

Cavab verirlər ki, bizimlədirlər. Amma bizi özləri ilə alyansa aparmağa hazır deyillər. Mən bu gün birbaşa Avropanın 27 liderindən soruşdum – Ukrayna NATO-da olacaqmı? Hamısı qorxur. Cavab vermirlər. Amma biz ölkəmizi qoruyarkən heç nədən qorxmuruq”. (Azpost.info)

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar