SON XƏBƏRLƏR

NATO Suriyanın sərhəddi yaxınlığında hərbi təlimlər keçirir

2021.10.20, 07:36
NATO Suriyanın sərhəddi yaxınlığında hərbi təlimlər keçirir

Gunaz.tv

GünAz TV: NATO ölkələrinin hərbi dəniz qruplaşması Aralıq dənizinin şərqində - Suriya sərhəddi yaxınlığında təlimlərə başlayıb.

 

məsələ ilə bağlı rəsmi məlumat Türkiyədən, Almaniyadan və Fransadan olan hərbi birləşmələrin terrorizmlə mübarizə üsullarını sınaqdan keçirmələrinin bildirilməsi üzərində qurulub. Bu barədə 168.az Türkiyənin Hürriyyət qəzetinə istinadən xəbər yayıb.

 

 «Terrorizm sınmayıb. Biz elə etməliyik ki, cinayətkarlar bilsinlər: NATO onların bölgədəki aktivliyinin artmasına yol verməyəcək». Bunu manevrlərə rəhbərlik edən kontr-admiral (dəryasalar) Torsten Kaler deyib. Onun sözlərinə görə, hərbi birləşmələrin müəyyən qismi təlimlər başa çatdıqdan sonra da bölgədə qalacaq.

 

 Qeyd edək ki, antiterror təlimləri kimi qələmə verilən hərbi aksiyada 545 dənizçi iştirak edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar