SON XƏBƏRLƏR

İran prezidenti Ukrayna müharibəsinə görə Amerikanı günahlandırıb

2022.03.08, 06:32
İran prezidenti Ukrayna müharibəsinə görə Amerikanı günahlandırıb

Gunaz.tv

O, problemlərin qaynağının bu ölkə olduğunu iddia edib.

“Ukrayna xalqı, Əfqanistan, Yəmən və İraq xalqı kimi Amerikanın iblis siyasətlərinin qurbanına çevrilib”-deyə, İbrahim Rəisi Nazirləe Kabinetinin toplantısında çıxışı zamanı bildirib.

Qeyd edək ki, son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və başqa vəzifəlilər Ukraynadakı mövcud vəziyyətə münaisbət bildiriblər.

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb, Amerikanı “şeytan” adlandırıblar.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

C.E 
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar