SON XƏBƏRLƏR

Zənganda tarixi əsər qaçaqmalçıları həbs olunub

2022.03.11, 07:51
Zənganda tarixi əsər qaçaqmalçıları həbs olunub

Gunaz.tv

Hüseynəli Fəzli Əbhər şəhərinin “Dehik” kəndində 5 tarixi əşya qaçaqmalçısının saxlanılaraq barələrində cinayət işi açılması üçün məhkəmə orqanlarına təhvil verildiklərini deyib.

O, saxlanılan şəxslərin qanunsuz qazıntı üçün istifadə etdikləri avadanlıqları müsadirə olunduğunu söyləyib.

Fəzlinin sözlərinə görə, günəş ilinin ilk on ayı ərzində tarixi və antik əşya əldə etmək məqsədilə həyata keçirilən qanunsuz qazıntılarla bağlı 900 məlumat daxil olub.

Keçirilən əməliyyatlar nəticəsində 77 tarixi əşya qaçaqmalçısı saxlanılıb.

200 nəfərə xəbərdarlıq edilib və 29 texniki avadanlıq müsadirə olunub”-deyə, H.Fəzli bildirib.

 O, saxlanılanlardan 49 nəfərin barəsində məhkəmə orqanları tərəfindən cinayət işi açıldığını və cəzalandırıldıqlarını deyib.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar