SON XƏBƏRLƏR

Xələf Xələfov: “Ermənistanla sülh müqaviləsi bağlamağa hazırıq”

2022.03.11, 17:50
Xələf Xələfov: “Ermənistanla sülh müqaviləsi bağlamağa hazırıq”

Gunaz.tv

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas prioritet kommunikasiyaların bərpası, o cümlədən Naxçıvana gedən dəmir yolu və avtomobil yolunun açılması istiqamətində işlərin görülməsidir.

“Biz Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiya prosesinə başlamağa hazırıq. Buna paralel olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması və digər əlaqələrin bərpa olunması prosesi gedə bilər”, - Xələf Xələfov vurğulayıb.

Nazir müavini xatırladıb ki, regionda sabitliyin möhkəmləndirilməsi üçün “3+3” formatı işə düşüb: “Biz bu prosesin də davamlı olmasının tərəfdarıyıq. Bu istiqamətdə də öz dəstəyimizi veririk və bundan sonra da verəcəyik. Təbii ki, bütün bunlar Ermənistanın siyasi iradəsindən asılıdır. 

Ermənistan siyasi iradə göstərsə, biz münaqişə tarixinin səhifəsini bağlamağa, eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində sülh müqaviləsinin bağlanmasına hazırıq.

Çünki dünyada və regionumuzda gedən proseslər göstərir ki, sülh şəraitində yaşamağın alternativi yoxdur. Düşünürəm ki, erməni xalqı da bunu istəyir.

Lakin erməni siyasi dairələrinin bunu nə qədər istəməsini gələcək göstərər. Ermənistan bu istiqamətdə müvafiq prinsipial addımlar atmağa hazır olmalıdır. 

Sözdə bəyanatlar vermək, keçmişi yenidən qabartmaq, qonşulara münasibətdə iddialar irəli sürmək sülhə xidmət etmir”. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar