SON XƏBƏRLƏR

Rusiyanın Azərbaycandakı səfirliyinin paylaşımı narazılıq doğurdu-FOTO

2022.03.14, 05:42
Rusiyanın Azərbaycandakı səfirliyinin paylaşımı narazılıq doğurdu-FOTO

Gunaz.tv

Səfiirlik Lənkəran rayonundan olan bir qrup azərbaycanlının Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinə çələng göndərdiyini bildirib.

Qeyd olunub ki, onlar bu vasitə ilə Rusiya Ordusunun Ukraynada öldürülən hərbçilərinin xatirəsini yad ediblər. Həmçinin, həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayaraq, onu səfirliyə təqdim ediblər.

Səfirlik paylaşımında "Sağ olun, lənkəranlılar",-deyə qeyd edib.

Məlumatın yayılmasından sonra sosial şəbəkələrdə ciddi müzakirələr başlayıb. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti bunu ya həqiqətə uyğun olmayan məlumat kimi qəbul edib, ya da səfirlik tərəfindən xüsusi olaraq hazırlandığı vurğulanıb.

dAucTdm.jpg

Xüsusən paylaşımda cənub bölgəsi olan Lənkəranın adının hallandırılması "xüsusi plan" kimi dəyərləndirilib. Müzakirə iştirakçıarı bildiriblər ki, əgər belə bir hal olubsa belə, səfirlik onu hansısa rayonu xüsusi vurğulamadan ümumi təqdim edə bilərdi. (cebhe.info)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar