Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
Hesabata görə, son bir il ərzində güneyli milli-mədəni fəallar dinc fəaliyyətlərinə görə toplam 948 ay həbs və 1101 qamçı zərbəsi cəzasına məhkum ediliblər.
“Ötən il İran hökuməti basqı və sərt cəza üsullarından mümkün qədər daha çox istifadə etməyə çalışıb”-deyə, hesabatda qeyd olunur.
Qeyd olunan hesabatda "Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti öz qaynaqlarına əsasən təsdiq edə bildiyi cəza hallarını göstərib.
Cəmiyyətin bildirdiyinə görə, türk fəallara qarşı basqı və cəza tətbiqi ötən ilin mart ayında sulduzlu Mirmusa Ziya Gərgəri və marağalı Muxtar İbrahimiyə toplam 11 il həbs cəzası verilməklə başlayıb.
“Son bir ildə ən azı 129 azərbaycanlı fəal, yazıçı, jurnalist, öyrənci, şair və incəsənət xadimi həbs edilib və ya təhlükəsizlik, məhkəmə orqanlarına çağırılıb. Bu il İran təhlükəsizlik məmurları azı 82 türk vətəndaş fəalı həbs edib.
Bu həbslərdən 71-i məhkəmə qərarı olmadan və məhkəmədənkənar həbs formasında baş verib və ən azı 53 həbsetmə faktı zorakılıqla müşayiət olunub.
1400-cü günəş ilində 63 azərbaycanlı mədəni fəal məhkəməyə çağırıldı. Bu il keçirilən məhkəmələrdə ümumilikdə 49 nəfərə 948 ay həbs, 1101 şallaq zərbəsi və 109 milyon dörd yüz min tümən pul cəzası verilib.
Evin həbsxanasındakı siyasi məhbus Həmid Mənafi Nadarlı və Behnam Şeyxi də iki il həbsdə qaldıqdan sonra Azna və Məscid-i Sülimana şəhərlərinə sürgünə göndəriliblər”-hesabatda belə deyilir.
Qeyd olunur ki, bir ildə İran həbsxanalarında məhbusların hüquqlarının pozulması və işgəncələrin tətbiqi davam edib.
Azərbaycanlı siyasi məhbuslar İranda məhbusların hüquqlarına əməl edilməməsinə etiraz və ya mülki qanunvericiliyin inkişaf etdirilməsi tələbi ilə 16 aclıq aksiyası keçirib.
İlin ən təsirli hadisələrindən birində səkkiz azərbaycanlı siyasi məhbus İranda prezident seçkiləri və türk vətəndaşların səsini toplamaq üçün teledebatlarda türkdilli namizədlərin təşviqat kampaniyası fonunda kütləvi aclıq aksiyasına başlayıb.
2021-ci il iyunun 12-də Ərdəbil zindanında cinayətlərə görə təsnifatlandırma prinsipinin həyata keçirilməməsinə və təhlükəli cinayətkarlarla siyasi, mədəni məhbusları eyni kameralarda saxlanılmasına etiraz olaraq siyasi məhbus Abbas Lisani aclıq aksiyasına əl atıb.
Ərdəbil və Evin həbsxanalarında məhkumluq dövrünü keçirən azərbaycanlı siyasi məhbuslar onun irəli sürdüyü istəklərə dəstək olaraq aclıq aksiyasına başlayıblar”-sənəddə qeyd olunur.
“Ərk”in hesabatında bildirirlir ki, 1400-cü günəş ilində azərbaycanlı jurnalist və yazıçılarının repressiya ili adlandırmaq olar: “Marağalı yazıçı və fəal Muxtar İbrahimi 10 il müddətinə azadlıqdan məhrum edilib. Xoyda yaşayan yazıçı və hüquq müdafiəçisi Əkbər Nəimi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 9 il 8 ay həbs cəzası çəkmək üçün Evin həbsxanasına köçürülüb.
Polis Zunuzda yaşayan media və çevrə fəalı Müctəba Dehlini həbs edib.
Tehranda yaşayan yazıçı Əkbər Azad iki il həbs cəzası çəkmək və iki il sürgünə göndərilmək olmaq üçün saxlanılıb. Təbrizdə yaşayan jurnalist və tərcüməçi Ruzbeh Piri qardaşının “Bəsic” qüvvələri tərəfindən döyülməsi və işgəncə verilməsinin fiziki nəticələri barədə reportaj hazırladığı üçün pul cəzasına, başqa ittihamlara görə isə 3 və 8 ay həbs cəzasına məhkum edilib.
2022-ci ilin fevralında isə cəzasını çəkmək üçün həbs edilərək Təbriz zindanına köçürülüb”.
Hesabatda daha sonra bildirirlir ki, təhlükəsizlik qüvvələri jurnalist və “Sulduz Xəbər” analitik xəbər saytının baş redaktoru Fərhad Ruzbanı, Sulduz şəhərində həbs edib. Sulduzda yaşayan başqa jurnalist və yazıçı İsa Yeganə şəhərin təhlükəsizlik və kəşfiyyat polisi tərəfindən çağırılaraq dindirilib.
““Sehrama” xəbər kanalının məsulu Əbülfəzl Purhüseynqulu və fotoqraf, media müxbiri Arəş Şadmənd Əhər şəhərində “Bəsic”i müəlliminin cinsi istismarı ilə bağlı reportaj hazırladıqları üçün həbs ediliblər.
Xiyavda yaşayan tədqiqatçı və jurnalist İbrahim Rəşidi tarixi bir hadisə ilə bağlı memorandum dərc etdiyi üçün çağırılıb və “Miandoab” Press xəbər saytının baş redaktoru Mənuçöhr Ağai 8 ay həbs cəzssını çəkmək üçün Qoşaçay (Miandoab) zindanına göndəriib”-hesabatda deyilir.
Sənəddə bildirilir ki, 22 iyun 2021-ci ildə Təbriz şəhəri Xuzistan ərəb xalqına dəstək üçün küçə mitinqləri keçrilib. İyirmi ildən artıq müddətdən sonra azərbaycanlıların ilk dəfə Azərbaycandan kənarda yaranan etirazlara dəstək üçün küçələrə çıxdığı mitinqlər zamanı və ondan sonra Təbriz, Ərdəbil, Urmu, Nəsimşəhr, Bostanabad və Espiran şəhərlərində ən azı 58 nəfər həbs edildi:
“Avqustun 24-də Təbrizdə keçirilən etiraz aksiyalarının məhbusları üçün keçirilən məhkəmələrdə 11 mülki fəala ümumilikdə 230 ay həbs, 151 şallaq və 42 milyon yüz min tümən nağd pul cəzası verilib.
Ərdəbil İnqilab Məhkəməsinin 1-ci bölməsi iyunun 24-də keçirilən etiraz aksiyalarının iştirakçılarına verilən ən ağır qərarla ərdəbilli fəal, 71 yaşlı Pərviz Siabi Gürcüni ümumilikdə 16 il həbs cəzasına məhkum edilib.
Bu müddət ərzində türk adları ilə bağlı "Ayıl" kampaniyası davam etdi.
Bu kampaniyada Vətəndaşlıq Qeydiyyatı İdarəsinin qoyduğu milli və dini məhdudiyyətlərə görə, övladına doğum haqqında şəhadətnamə ala bilməyən ailələr yaşadıqları təcrübəni sosial şəbəkələrdə dərc etməklə yanaşı, məhdudlaşdırıcı ad seçimi qanunlarını dəyişdirməyə çalışıdılar.
Bu il Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsi 9 aydan sonra ictimai rəyin basqısı və “Aylin” ailəsininin mübarizəsi nəticəsində ərdəbilli uşağa türk adına şəxsiyyət vəsiqəsi verməyə məcbur oldu. Təbrizli uşaq "Ataxan" dörd ildən sonra, "Anar", "Yağış" və "Elcan" isə valideynlərinin hüquqi müstəvidə apardıqları mübarizələrinə görə doğum haqqında şəhadətnamə ala bildirlər.
Bununla belə, bu kampaniya "Hunay", "Sevgi", "Oğuz", "Turkay", "Tarkan", "Anna", "Alp Arsalan" və başqa uşaqların türk adına şəxsiyyət vəsiqəsi almaları üçün davam edir”.
Cəmiyyətin yaydığı sənəddə bildirilir ki, 2021-ci ilin martından 2022-ci ilin martına qədər İran həbsxanalarından bəzi azərbaycanlı məhbuslar cəza müddəti başa çatdıqdan sonra azad edilib:
“Pərisa Rəfii və Siamak Mirzayi bir il, Kianuş Aslani iki il 7 ay həbs cəzasını çəkdikdən sonra Evin həbsxanasından azad edilib. Yusif Kari iki il, Mehrdad Şeyxi isə 6 aylıq həbs cəzasını çəkdikdən sonra Ərdəbil mərkəzi həbsxanasından sərbəst buraxılıblar.
Yusif Pircani Xoy zindanından azad edilib, Əyyub Şiri və Davud Şiri isə Təbrizin mərkəzi zindanında cəza çəkdikdən sonra evlərinə dönüblər.
Qeyd olunan müddətin son günlərində Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə olan siyasi məhbuslar Əli Vasiqi və Rza Vasiqi qardaşlarına elektron qandal vurularaq həbsxanadan buraxılıblar.
Son bir il ərzində azərbaycanlı mədəni fəalların məhkəmədənkənar çağırılması, saxlanması, saxlanma zamanı döyülməsi, işgəncələrə məruz qalmaları, həbsxanada effektiv tibbi xidmətin göstərilməməsi, məhbusların ailələri ilə görüşməsinə, zəng etməsinə mane olmaq, məhbusların ağır vəziyyətinə məmurların laqeyd münasibəti, tibbi məzuniyyətin verilməməsi, siyasi məhbuslara və onların ailələrinə basqı və təhdidlərin artması, ağır həbs, şallaq və sürgün cəzaları qeydə alınıb”.
Cavidan
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü