SON XƏBƏRLƏR

Rəy sorğusu: “İran vətəndaşları nüvə proqramının dayandırılmasını istəyirlər”

2021.10.20, 07:36
Rəy sorğusu: “İran vətəndaşları nüvə proqramının dayandırılmasını istəyirlər”

Gunaz.tv

GünAz TV: IRINN Televiziya kanalının keçirdiyi rəy sorğusuna qatılan insanların 63 faizi sanksiyaların (təhrimlərin) ləğvi əvəzində nüvə proqramının dayandırılmasını dəstəkləyib.

 

Bu barədə bbcpersian.com saytı xəbər verir.

 

Sorğu iştirakçılarının 18 faizi nüvə haqqının təmin olunması naminə

 sanksiyalara müqaviməti dəstəkləyib.

 

Daha 18 faiz qərb ölkələrinin tətbiq etdiyi iqtisadi məhduddiyyətlərə cavab olaraq “Hörmüz boğazının bağlanılmasına” üstünlük verib.

 

Hərçənd ki, millət vəkillərinin sifarişi ilə Hörmüz boğazınının bağlanılmasına dair başqa bir sorğu iştirakçılarının əksəriyyəti mühüm nəqliyyat dəhlizinin bloklanması ideyasına etiraz edib.

 

Sorğu saytdan yığışdırılıb

 

Sualın Televiziya vebsaytına yerləşdirilməsindən bir saat keçmiş respondentlərin (qatılımçıların) 89 faizi bu qərarın əleyhinə səs verib.

 

İnternetdə dərc olunmuş bu sorğuların nəticələri bir saat yarım ərzində səhifədən yığışdırılıb.

 

Çərşənbə günü (IRINN) saytındakı elan sorğunun bütün əhalinin və yaxud da əksəriyyətin rəyinin əks etdirmədiyini bildirib.

 

Sorğuda 2 min adamın iştirak etdiyi xəbər verilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar