SON XƏBƏRLƏR

Güneyli sosial media fəalı Hüseyn Qəşqayi Evin zindanına geri qayıdıb

2022.03.30, 10:41
Güneyli sosial media fəalı Hüseyn Qəşqayi Evin zindanına geri qayıdıb

Gunaz.tv

2021-ci ilin aprel ayından Evin zindanına köçürülən güneyli fəal 9 mart tarixində girov qarşılığında məzuniyyət hüququndan istifadə etməyə nail olub.

20 noyabr 2018-ci ildə sosial mediada fəaliyyətlərinə görə İranın təhlükəsizlim məmurları tərəfindən saxlanılan Hüseyn Qəşqayi 10 gün dindirildikdən sonra 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, 2020-ci ilin may ayında Savə şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsinin tərəfindən və ondan sonra başqa məhkəmələrdə barəsində qaldırılan ittihamlara görə toplam 3 il həbs cəzasına məhkum edilib.

Türk sosial media fəalına qarşı “yalan məlumatlar yaymaq, ölkə rəsmiləri və rəhbərini təhqir etmək, ictimai rəyi çaşdırmaq” kimi ittihamlar irəli sürülüb. 

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar