SON XƏBƏRLƏR

İran hökuməti azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn olunmasına icazə verməyib

2022.04.03, 09:14
İran hökuməti azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn olunmasına icazə verməyib

Gunaz.tv

Məsələ ilə bağlı yazıçının oğlu Oktay Bərahəni sosial media hesabında paylaşım edib. O, ailə üzvləri ilə onlayn toplantı keçirdiklərini və atasının Torontoda dəfn olunması barədə razılığa gəldiklərini yazıb.

Təbrizdə yaşayan Oktay bu qərara gəlmələrində hökumətin roluna toxunmayıb. O, yaxınları, özəlliklə anasının bununla razılaşdığını deyib.

Bundan öncə martın 25-də özünün "İnstaqram" hesabında paylaşım edən Oktay Bərahəni atasının Təbrizdə torpağa tapışırılması ilə bağlı vəsiyyətini əsas götürərək yazıçını nəşinin Təbirzə köçürülməsi üçün şlər görməyə başladıqlarını yazmışdı.

Bundan sonra sosial media fəalları, azərbaycanlı yazıçı, ziyalı və mədəniyyət adamları tanınmış azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn edilməsi üçün imza kampaniyası başladıb, onun Təbrizin “Məqbərətül Şüəra”sında, Şəhriyarın məzarı yanında dəfn olunmasını istəmişdilər.

Oktay Bərahəninin son açıqlamasından sonra güneyli sosial media istifadəçiləri hökumətin ona basqı göstərdiyini və yazıçının Torontoda dəfn edilməsi ilə bağlı məsələnin ailə qərarı kimi qələmə verilməsini istədiklərini yazıblar.

Qeyd edək ki, bundan öncə 2014-cü il avqustun 12-də Bakıda vəfat etmiş professor Cavad Heyətin Təbrizdə dəfn edilməsinə İran rəsmiləri icazə verməyiblər.

Cavad Heyətin yaxınları və qələmdaşlarının müraciətinə cavab olaraq İran rəsmiləri onun yalnız Tehranda dəfn edilməsi üçün şərait yarada biləcəklərini bildirmişdilər.  

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar