SON XƏBƏRLƏR

İran hökuməti 3 bəluç fəalı casusluq ittihamı ilə həbs edib

2022.04.21, 08:15
İran hökuməti 3 bəluç fəalı casusluq ittihamı ilə həbs edib

Gunaz.tv

Məlumatda həbs olunanların kimliyi barədə heç bir açıqlama verilmir. Lakin həmin şəxslərin məxfi məlumatların və sənədlərin yayılmasında iştirak etdikləri iddia olunub.

İran hökumətinin bu ittihamdan öz siyasi rəqibləri ilə mübarizə aləti kimi istifadə etməsi tarixini nəzərə alsaq və bu ittihamla saxlanılanlarla bağlı heç bir dəqiq məlumat və fakt göstərilmədiyi üçün bu cür iddialar həmişə şübhə ilə qarşılanıb.

Qeyd edək ki, xüsusilə son illər Sistan və Bəluçistan əyalətində onlarla şəxs silah qaçaqmalçılığı, xarici ölkələrə casusluq və iğtişaş törətməyə cəhd ittihamları ilə həbs olunub.

İran təhlükəsizlik qurumları və məhkəmə sistemi həbs olunan şəxslərə qarşı irəli sürdüyü iddialar və ittihamlarla bağlı heç bir fakt göstərməyiblər.

İnsan haqları təşkilatları və bəluç fəallar bu ittihamları əsassız hesab edir, bunu İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələrini cavabsız qoymadıqlarını təlqin etməyə cəhdi kimi dəyərləndirirlər.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar