SON XƏBƏRLƏR

İranda onlarla müəllim həbs edilib

2022.05.03, 08:36
İranda onlarla müəllim həbs edilib

Gunaz.tv

İran Müəllimlər Birliyi rəsmi olaraq 23 müəllimin saxlanıldığını bildirsə də, başqa insan haqları təşkilatları son iki gün ərzində ən azı 70 müəllimin təhlükəsizlik məmurları tərəfindən tutularaq təcridxanalara aparıldıqlarını yazıblar.

Bundan öncə Müəllimlər Birliyinin fəal üzvləri və mitinq təşkilatçılarından olan Əliəkbər Bağbani, Rəsul Budağı, Məhəmməd Həbibi və Cəfər İbrahimi Tehranda saxlanılıb.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənib.

İran hökumətinin təhlükəsizlik qurumları etirazların qarşısını almaq, müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittiham irəli sürərək onları basqı altında saxlamağa çalışır.  

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar