SON XƏBƏRLƏR

Rusiya və Çin MAQATE-də İranla bağlı qətnaməyə qarşı çıxdı

2022.06.04, 06:21
Rusiya və Çin MAQATE-də İranla bağlı qətnaməyə qarşı çıxdı

Gunaz.tv

İran mediasının iddiasının yazdığına görə, iyunun 3-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Lavrov Rusiyanın Amerika və üç Avropa ölkəsinin MAQATE Qəyyumlar Şurasına İranla bağlı təklif etdiyi qətnamə layihəsinə qəti qarşı olduğunu deyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ev Lijian da Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinə bildirib ki, Pekin Amerika, İngiltərə, Fransa və Almaniyanın təklif etdiyi qətnamə layihəsi ilə müxalifdir.

MAQATE-nin Qəyummlar Şurasının 35 üzv dövlətinə göndərilən layihənin mətninə əsasən, qətnamə İranı dərhal öz qanuni öhdəliklərinə əməl etməyə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun qaranlıq məqamlara aydınlıq gətirilməsi, qalan problemlərin həllinə dair təklifinə cavab verməyə çağırıb. 

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar