SON XƏBƏRLƏR

Sarabda 10 nəfərdən çox azərbaycanlı fəalın tutulduğu bildirilir

2021.10.20, 07:36
Sarabda 10 nəfərdən çox azərbaycanlı fəalın tutulduğu bildirilir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Sarab şəhərində çoxsaylı milli-mədəni fəalın tutulduğu ilə bağlı yeni məlumat yayılıb.

 

Məlumata görə, 1-ci gün (doşənbə günü) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Sarab şəhərində 10 nəfərdən çox azərbaycanlı fəalı tutublar.

 

Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, tutulanlardan yalnız Səhənd Moali və Əli Səmədpurun kimliyi müəyyənləşib. Tutuqlanan digər fəalların kimliyi isə, onların yaxınlarının təhlükəsizlik məsələləri ilə bağlı ehtiyat etdikləri üçün açıqlanmır.

 

Hələlik onların harda və nə səbəbdən saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar