SON XƏBƏRLƏR

İranlı turistlərin Türkiyəyə axını 4 dəfə artıb

2022.06.21, 06:46
İranlı turistlərin Türkiyəyə axını 4 dəfə artıb

Gunaz.tv

İyunun 20-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin saytında dərc olunan yeni statistikanın təfərrüatları göstərir ki, 2022-ci ilin ilk beş ayı ərzində Türkiyəyə ümumilikdə 840 min iranlı turist gedib.

Bu da ötən ilin eyni dövrünün göstəricisindən 3,5 dəfə çoxdur. 

Statistikada iranlıların Almaniya, Bolqarıstan və Rusiya vətəndaşlarından sonra Türkiyəyə gələn ən çox xarici turist siyahısında dördüncü yeri tutduqları və bütün gələn turistlərin 7,5%-ni təşkil etdikləri qeyd olunub.

Bundan öncə Türkiyənin “Hüriyyət” qəzeti iyunun 5-i Xomeyninin ölümünün ildönümündə Van şəhərinin bütün hotel və hostellərinin iranlılarla dolduğunu yazmışdı.

Türkiyə son 5 ayda 11,3 milyon xarici turisti qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Bu dövrdə xarici turistlərin əsas istiqamətləri İstanbul və Antalya olub.

Ötən həftə Türkiyə Statistika Mərkəzi 2022-ci ilin ilk beş ayında əcnəbilərə mənzil satışı ilə bağlı yeni aylıq hesabat açıqlayıb.

İranlılar bu müddət ərzində Türkiyədə 3897 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 63% artım deməkdir. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar