SON XƏBƏRLƏR

"Quldurluğu davam etdirsəniz, bədəlini ödəyəcəksiniz"- İsraildən İrana xəbərdarlıq

2022.06.29, 03:20
"Quldurluğu davam etdirsəniz, bədəlini ödəyəcəksiniz"- İsraildən İrana xəbərdarlıq

Gunaz.tv

O, İranın əhəmiyyətli iqtisadi müəssisələrinə geniş kiber hücumlardan bir gün sonra bildirib ki, əgər İran İsraillə kiber müharibəyə daxil olsa, bunun ağır nəticələrinə dözməli olacaq. 

N.Bennet əlavə edib ki, nüvə silahı çəkindirici güc olduğu kimi, kiber-hücumlar sahəsində də bu cür metodlar mövcuddur. 

"Siz bundan sonra daha əlaltı qruplaşmalarınız vasitəsilə dolayı yollarla İsrailə zərbə vurub və bunun cavabsız qalacağını düşünə bilməyəcəksiniz. Əgər quldurluq yolunu seçib və güc göstərsəniz biz bunun cavabını kiber-hücum və başqa açıq yollarla verəcəyik"-deyə, Bennet bildirib.

Qeyd edək ki, iyunun 27-i səhər saatlarında "Yırtıcı serçə" adlı haker qrupunun hücumundan sonra Xuzistanın polad zavodu texniki problemlərə görə fəaliyyətlərini dayandırdığını bildirib və zavodun veb saytına giriş mümkün deyl.

Bununla yanaşı kiber-hücuma məruz qalan İranın ən böyük müəssisələrindən olan İsfahanın "Mübarəkə" polad zavodunun da fəaliyyəti iflic olub.

Kiber-hücumların İsrail tərəfindən həyata keçirildiyi bildirilir.

Qeyd edilir ki, bu, Livanda İrana bağlı hakerlərin İsrailin bir sıra mərkəzlərinə kiber hücum cəhdlərinə cavabdır.  

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar