SON XƏBƏRLƏR

Marağa xeyriyyəçiləri yeni məktəb tikintisinə başlayıb

2022.07.08, 08:52
Marağa xeyriyyəçiləri yeni məktəb tikintisinə başlayıb

Gunaz.tv

Marağa və Əcəbşer şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əli Əlizadə və yerli məsulların iştirakı ilə keçirilən təməlqoyma mərasimdə xeyriyyəçilər altı sinif otağından ibarət məktəbin tikilməsi müqaviləsini imzalayıblar.

Marağanın Nikan Kavə kəndində tikiləcək məktəb 1700 kvadratmetr sahədə və 12 milyard tümən vəsait hesabına başa gələcək.

Qeyd edək ki, Marağada fəaliyyət göstərən Məktəb Tikintisi Xeyriyyə Cəmiyyəti Assossiasiyası bu günə kimi 500 sinif otağından ibarət 100 məktəb tikdirib. 

Son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar