SON XƏBƏRLƏR

Təbrizin millət vəkili məcburi hicabla bağlı danışıb

2022.07.14, 09:18
Təbrizin millət vəkili məcburi hicabla bağlı danışıb

Gunaz.tv

"Biz düşüncə və biliyin qarşısında bilikli şəkildə cavab vermək əvəzinə zorakılığa əl atır, tutur, döyür və həbs edirik. Bu, bizim zəifliyimizi və irəli sürülən fikirlər qarşısında cavabımızın olmadığı üçün güc yoluna əl atmağımızdan irəli gəlir. belə olmasa məntiqli cavab verərdik"-deyə, millət vəkili bildirib.

Məsud Pezeşkiyan son vaxtlar hicab bəhanəsi ilə qadınlara qarşı başladılan hücumların yersiz olduğunu və bunun yaxşı sonuclanmayacağını deyib.

"Bu gün küçələrə çıxıb yaylıqları açan qadınları kim tərbiyə edib? Əlbəttə biz tərbiyə etmişik. Əgər burada döyülməli biriləri varsa bunlar o qadınlar, qızlar deyil, biz özümüzük"-deyə. təbrizli millət vəkili hökumətin tərbiyəvi məsələlərlə bağlı siyasətinin yanlış olduğunu deyib.

O, bütün imkanların. o cümlədən televizya, radio. məktəb və Universitetlərin dövlətin əlində olmasına baxmayaraq istədikləri nəsli formalaşdıra bilmədiyini söyləyib.

"Bu gün xalqı özümüzə qarşı qoymuşuq. Artıq onlar bizim dediyimz sözlərin çoxunu qəbul etmirlər"-deyə, Məsud Pezeşkiyan vətəndşların dövlətə inanmadıqlarını qeyd edib.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar