SON XƏBƏRLƏR

Rubl İran və Rusiyanın ticarətində qüvvədə olan xarici valyutaları əvəz etdi

2022.07.27, 05:48
Rubl İran və Rusiyanın ticarətində qüvvədə olan xarici valyutaları əvəz etdi

Gunaz.tv

İranın İqtisadiyyat və Maliyyə naziri Ehsan Xanduzi iyulun 26-da deyib ki, hökumətin iradəsinə əsasən, ikitərəfli və çoxtərəfli pul sazişlərinin bağlanması da daxil olmaqla, İran ilk addımı atıb və praktiki olaraq bu rublun İran valyuta bazarına daxil olması deməkdir.

Bu arada, əvvəllər Rusiya və İran ikitərəfli ticarət üçün rubl və rial valyutalarından istifadə etməli idilər,ancaq indi ikitərəfli ticarətin niyə yalnız rublla aparıldığı barədə açıqlama verilmir.

Rusiya Mərkəzi Bankının saytında rublun dəyəri Qafqaz və Mərkəzi Asiya ölkələri də daxil olmaqla 30-dan çox xarici valyutaya dəyər nisbəti qeyd olunduğu olduğu halda, İran rialından bəhs edilmir.

Rus gömrük statistikaları göstərir ki, bu ölkə ötən il İrana 3 milyard dollardan çox ixrac edib, 1 milyard dollardan az idxal edib və ticarət balansı İranın ziyanınadır.

Cavidan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar