SON XƏBƏRLƏR

İranda daşqın nəticəsində ölənlərin sayı 56 nəfərə çatdı

2022.07.30, 00:58
İranda daşqın nəticəsində ölənlərin sayı 56 nəfərə çatdı

Gunaz.tv

Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Mərkəzinin başçısı Məhəmməd Vəlipurun dediyinə görə, son günlər baş verən sel və daşqın qurbanlarının sayı 56 nəfərə çatıb, 18 nəfər isə itkin düşüb.

Ən çox ölüm halları Tehran, Mazəndəran, Mərkəzi, Kirman, Çahar Mahal və Bəxtiyari, Sistan-Bəluçistan əyalətlərində qeydə alınıb. 

Mazəndəran əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Hüseynəli Məhəmmədi Çalusda baş verən daşqın nəticəsində bir neçə xarici vətəndaşın öldüyünü deyib.

O, 3 xarici vətəndaşın həlak olduğunu və 8-nin isə itkin düşdüyünü bildirib.

Qeyd edək ki, İranın bir neçə əyalətində iyulun 27-i axşam saatlarından başlanan güclü yağış nəticəsində sel daşqınları baş verib.

Bir neçə su bəndi dağılıb, bir neçə şəhər və kənd su altında qalıb.

Cavidan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar