SON XƏBƏRLƏR

Urmuda təqaüdçülər etiraz aksiyası keçirib

2022.08.01, 04:25
Urmuda təqaüdçülər etiraz aksiyası keçirib

Gunaz.tv

Narazılar məişət problemlərinin çoxalmasına, təqaüdlərinin az olmasına və əmək haqlarının qeyri-bərabərliyinə etirazlarını bildiriblər. 

Şərqi Azərbaycan, Əlborz, Xuzistan, Tehran, Kirmanşah, Xorasan və başqa bir neçə əyalətdə keçirilən aksiyalara polis müdaxilə edib.

Tehranda keçirilən aksiyada etirazçılar döyülüb və bir neçə narazı həbs edilib.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən sonra təqaüdçülər məişət problemlərinin çoxalmasına və ödənişlərin az olmasına etiraz olaraq davamlı aksiyalar keçirirlər.

Rəisi hökumətinin problemin həlli ilə balı verdiyi vədlərin heç birinin yerinə yetirilmədiyini deyən etirazçılar, yaxın vaxtlarda daha geniş və davamlı aksiyalara başlayacaqlarını bildiriblər.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar