SON XƏBƏRLƏR

Yəməndə iranlı hərbçilər həlak olub

2022.08.09, 04:18
Yəməndə iranlı hərbçilər həlak olub

Gunaz.tv

Onlarla da yəmənli silahlısının ölümünə səbəb olan partlayış Sənanın şərqindəki Əl-Həfa bazasında yerləşən təlim düşərgəsinin yaxınlığında raket montajı mərkəzi və sursat anbarının dağılmasına səbəb olub.

Yəmənin "Xəbar" xəbər agentliyi də yəmənli hərbi mənbəyə istinadən bildirib ki, bu partlayışlar İrana bağlı husi silahlıları tərəfindən Əl-Həfa bazasından uğursuz raket atması nəticəsində baş verib.

Yəmənin Husi silahlı qruplaşması İran tərəfindən dəstəklənir və son illərdə İranın bu qruplaşmaya silah göndərməsi ilə bağlı çoxlu xəbərlər dərc olunub.

Bir müddət əvvəl "Wall Street Journal" Birləşmiş Millətlər Təşkilatının Ekspertlər Şurasının Amerikanın aşkar etdiyi və İran tərəfindən Yəmən husilərinə göndərildiiyi minlərlə silahla bağlı hesabat dərc etmişdi.

Hesabatda faktlara əsaslanaraq İranın cənubunda yerləşən Cask limanının bu ölkədən Yəmənə və başqa yerlərə silah qaçaqmalçılığı mərkəzinə çevrildiyi yazılıb.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar