SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda minlərlə dərs otağı çatışmır

2022.08.10, 10:45
Qərbi Azərbaycanda minlərlə dərs otağı çatışmır

Gunaz.tv

Hazırda Qərbi Azərbaycanda 18730 dərs otağının olduğunu deyən Rəhmani,onlardan 399-nun kaneks (konteyner), 272-nin isə icarəyə götürülmüş otaqlar olduğunu bildirib.

O, ölkə üzrə adambaşına düşən təhsil sahəsinin ortalama 8.39 kvadratmetr təşkil etdiyini, bunun Qərbi Azərbaycanda  4,1 kvadratmetr olduğunju və əyalətin bu sahədə ölkə üzrə ən geri qalmış bölgələrdən sayıldığını qeyd edib.

Qeyd edək ki, verilən rəsmi statistikaya görə, Qərbi Azərbaycan əyaləti təhsil göstəricilərinə görə İranda sonuncu yerlərdə qərarlaşıb. 

Bundan öncə bu barədə rəsmi məlumatlara istinad edərək Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin keçmiş başçısı Sepide Təyyib Qasimi açıqlama verib.

Əyalətin təhsil sahəsindəki problemlərindən danışan Sepide Təyyib Qasimi  bildirib ki, Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutur.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar