SON XƏBƏRLƏR

Əli Xameneyinin nümayəndələri Salman Rüşdiyə qarşı sui-qəsdi dəstəkləyib

2022.08.20, 07:01
Əli Xameneyinin nümayəndələri Salman Rüşdiyə qarşı sui-qəsdi dəstəkləyib

Gunaz.tv

İran rəhbərinin Kirman, Şiraz, Ərdistan, Yəzd, Bəndər Abbas, Simnan və başqa yerlərdəki nümayəndələri cümə namazlarından öncəki çıxışlarında Salman Rüşdiyə qarşı həyata keçirilən sui-qəsdi "Ruhullah Xomeyninin göstərişinin yerinə yetirilməsi cəhdi" adlandırıblar.

Terror əməlini dəstəkləyən bölgə mollaları islama qarşı hörmətsizlik edənlərin dünyanın bütün nöqtələrində cəzalandırılmalarının vacibliyini deyərək, gəncləri oxşar terror hərəkətlərinə təhrik ediblər.

Əli Xameneyinin Fars əyalətindəki nümayəndəsi və Şiraz şəhərinin cümə imamı yazıçıya qarşı sui-qəsdi ilahi borc adlandırıb və Amerika, Avropada müqəddəsləri təhqir edən başqa şəxslərində cəzalandırılmasını istəyib.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu Yorkda çıxışı başlamazdan əvvəl Hadi Mətər adlı 25 yaşlı müsəlman gəncin hücumuna məruz qalıb və yaralanıb.

Hadi Mətər İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin heyranı olduğunu deyib. Ancaq o, Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.  

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar