SON XƏBƏRLƏR

2 ildir Cəbrayıl və Füzulinin işğal tarixini qeyd etmirik

2022.08.23, 05:30
2 ildir Cəbrayıl və Füzulinin işğal tarixini qeyd etmirik

Gunaz.tv

Azərbaycan ictimaiyyəti artıq ikici ildir Cəbrayıl və Füzulininin işğal gününü qeyd etmir.

Azərbaycan Ordusunun 2020-ci ilin payızında apardığı Vətən müharibəsinin uğurla başa çatması sayəsində Cəbrayıl və Füzuli bütünlüklə düşmən tapdağından azad olunub.

1993-cü il avqustun 23-də gerçəkləşən işğaldan sonra Cəbrayıl rayonunun 1050 kv.km ərazisi – rayon mərkəzi və 90-a yaxın kəndi erməni vandalizmi nəticəsində tamamilə məhv edilib.

Füzuli rayonunun mərkəzi şəhəri və 50 kənd də Ermənistan ordusu tərəfindən işğal dövründə vandalizmə məruz qalıb – bu inzibati ərazi tamamilə yerlə-yeksan edilib.

Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Cəbrayıl və Füzulini də düşmən tapdağından xilas edib.

2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 17-də isə Füzuli rayonu işğaldan azad edilib.

Hazırda hər iki rayon ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.

İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir.
 

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar