SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ağır xəstələrin müalicəsi üçün tibbi texnika çatışmır

2022.08.24, 08:36
Şərqi Azərbaycanda ağır xəstələrin müalicəsi üçün tibbi texnika çatışmır

Gunaz.tv

Qeyd edək ki, Şərqi Azərbaycan bir neçə il bundan öncəyə kimi İranın Şimal-Qərb bölgəsinin tibb mərkəzi sayılıb.

Qərbi Azərbaycan, Ərdəbil, Zəngan və Kürdüstan əyalətlərindən xəstələr bura üz tutub. Lakin hazırda durum tərsinədir.

Xərçəng xəstələri və onların yaxınları petisiya imzalayaraq mövcud durumdan narazılıqlarını bildirib və yetkili qurumlardan Təbriz xəstəxanalarının şüa terapiya aparatları ilə təmin olunmasını tələb ediblər.

Bununla yanaşı əyalətdə həkim çatışmazlığı da vətəndaşların müalicəsi üçün əlavə problemlər yaradıb.

Bir müddət bundan öncə Təbriz Tibb Elmləri Universitetinin başçısı Bəhmən Nəğipur oxşar problemə toxunaraq Şərqi Azərbaycan əyalətinin xəstəxanalarında tibbi texnika və avadanlıqların çatışmadığını deyib.

"Son illər tibb və xəstəxana avadanlıqları və ləvazimatları fasiləsiz istifadə olunduğundan zaman keçdikcə onların çoxunun istismar müddəti bitib və bu Şərqi Azərbaycan əyalətinin səhiyyə sektorunda böyük problemlər yaradıb"-deyə, Nəğipur bildirib.

Tibb Elmləri Universitetinin başçısı başda Təbriz olmaqla əyalətin əksər şəhərlərinin xəstəxanalarında çox vacib avadanlıqların yenilənə bilmədiyi üçün bu sahədə böhran yaşandığını qeyd edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar