SON XƏBƏRLƏR

İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib

2022.09.21, 08:01
İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib

Gunaz.tv

Qeyd olunub ki, siyahıda “Mübariziyun” təşkilatının Baş katibi Məhəmmədəli Məhəmmədi-Kermaninin də adı yoxdur.

Həmçinin keçmiş prezident Mahmud Əhmədinejat yeni siyahıda öz yerini qoruyub.

Bundan əlavə, İran rəhbərinin sərəncamına əsasən, Sadiq Ərdəşir Amoli Laricani yenidən şuraya sədr təyin olunub.

Qeyd edək ki, Amoli Laricani 1960-cı ildə İraqın Nəcəf şəhərində anadan olub. O, 2018-ci ildən Məsləhət Şurasına sədrlik edir.

A.Laricani 2009-2019-cu illərdə məhkəmə sisteminin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Məsləhət Şurası 1989-cu ildə yaradılıb. Şura parlamentlə Konstitusiyaya Nəzarət Şurası arasında mübahisə və münaqişələri tənzimləyir.

Bu məsləhətçi orqanın 28 üzvü var. Şuraya 1989-cu il oktyabrın 4-dən 2017-ci il yanvarın 8-dək keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəcani başçılıq edib. (Report)

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar