SON XƏBƏRLƏR

Təbrizin Şahnaz küçəsində və Ərk qalası ətrafında etiraz aksiyaları keçirilir

2022.10.08, 10:01
Təbrizin Şahnaz küçəsində və Ərk qalası ətrafında etiraz aksiyaları keçirilir

Gunaz.tv

Aksiyada "Ölüm olsun Xameneyiyə" və "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirilib.

Məlumatda mərkəzi küçələrə çox sayda xüsusi təyinatlı qüvvələrin və polis məmurlarının cəlb edildiyi bildirilir.

Lakin buna baxmayaraq hökumət əleyhinə şüarlar səsləndirilib və nümayişilərin sayı getdikcə artır.

İnternetin məhdudlaşdırıldığı və bir sıra bölgələrdə tamamilə kəsildiyi deyilir.

Hökumət əleyhinə şüarlar səsləndirən bir neçə gənc qızın və qadının saxlanılaraq naməlum yerə aparılıb.

Buna görə etirazçılarla məmurlar arasında qarşıdurma yaranıb.

Həbs edilənlərin dəqiq sayı və kimliyi hələlik müəyyən edilməyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar