SON XƏBƏRLƏR

İran Rusiyanı məhkəməyə verdi

2021.10.20, 07:36
İran Rusiyanı məhkəməyə verdi

Gunaz.tv

GünAz TV: S-300 raketləri ilə bağlı müqavilənin pozulmasından narazı qalan İran Rusiyaya qarşı iddia qaldırıb.

İranın Müdafiə Nazirliyi və “Aerospace İndastries Organisation” şirkəti Cenevrə Beynəlxalq Tretey Məhkəməsinə üz tutaraq Rusiyadan 4 milyard ABŞ (Amerika Birləşmiş Ştatları) dollar təzminat istəyib.

 800 milyon dollarlıq S-300 raket sisteminin Rusiyadan İrana satılmasına dair müqavilə bir neçə il əvvəl imzalansa da, Tehran həmin sistemi ala bilməyib.

 Rusiya prezidenti 2010-cu il sentyabrın (September) 22-də fərman imzalayaraq İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya (topxana) sistemləri, zirehli texnika, hərbi təyyarə, helikopter və gəmilər satılmasını yasaqlayıb. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub.

 2010-cu ilin oktyabrın (October) 6-da İranın müdafiə naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında demişdi ki, avans geri alınsa da, Rusiya hökuməti S-300 raketləri ilə bağlı İranla bağladığı müqavilənin müddəalarını yerinə yetirməlidir. Media forum

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar